ELM VƏ TƏHSİL
“Transliterasiya” informasiya sistemi işlənilir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Transliterasiya” informasiya sistemi işlənilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Transliterasiya” informasiya sisteminin məqsəd və vəzifələrinə axtarış zamanı internetdə sözlərin doğru yazılışı, mətnin bir əlifbadan digərinə düzgün keçidi, milli konvertasiya standartlarının qəbul edilməsi, dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitinin yaradılması daxildir. Virtual məkanda transliterasiya problemlərinin həlli zəruridir və bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilir. Hazırda institutda bu istiqamətdə elmi-tədqiqat işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:58]
Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb
- 25.04.2024 [17:55]
Bir qrup abituriyent Bakı Dövlət Universitetində
- 25.04.2024 [17:15]
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək
- 25.04.2024 [16:41]
BMU-da tələbələr üçün “Karyera günü”
- 25.04.2024 [16:28]
Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb
- 25.04.2024 [15:27]