İQTİSADİYYAT
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı görülən işlər müzakirə edilib
Nur-Sultan, 23 aprel, AZƏRTAC
Nur-Sultanda Qazaxıstan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı görülən işlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tərəflər, həmçinin neft məhsullarının tranzitinin arıtırılması və prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. İclasda Transxəzər dəhlizi boyunca yük daşımalarının həcminin artırılması, çatdırılma müddətlərinin azaldılması kimi məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan