İQTİSADİYYAT


“Transxəzər” qaz boru kəməri layihəsinin reallaşacağı tarix hələlik məlum deyil

Bakı, 13 may, Nihat Budaqov, AZƏRTAC

Türkmənistan qazını Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutan “Transxəzər” qaz boru kəməri layihəsinin reallaşacağı tarix hələlik məlum deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə müsahibəsində deyib. N.Əliyev qeyd edib ki, Avropa İttifaqının təşəbbüsü ilə bu ayın əvvəlində Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin yanacaq-energetika sahələrinin rəhbərlərinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Görüş Türkmənistan tərəfinin fəallığı ilə baş tutdu və onlar türkmən qazının “Transxəzər” qaz boru kəməri layihəsi ilə Avropaya çatdırılmasında maraqlı olduqlarını bir daha qeyd etdilər. “Transxəzər” layihəsi ilə bağlı hələ ki konkret razılıq əldə olunmayıb. Ancaq bununla bağlı bir işçi qrup yaradılması nəzərdə tutulub.

“Avropa İttifaqı isə təklif edib ki, “Transxəzər” layihəsi ilə bağlı konsorsium yaradılsın. Türkmənistan 30 milyard kubmetr qazını Avropaya satmağa hazır olduğunu açıqlasa da, bunun nə vaxt və necə reallaşacağı, alıcısının hansı ölkələr olacağı, layihənin neçə maliyyələşdiriləcəyi hələlik məlum deyil”, - deyə N.Əliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.