CƏMİYYƏT


Travmalar zamanı vaxtında və düzgün aparılmayan müalicə əlilliyə səbəb ola bilər

Bakı, 11 oktyabr, AZƏRTAC

Xroniki ağrılar çox geniş yayılmış xəstəliklərdən biridir. Xroniki ağrılar ya hər hansı bir xəstəliyin vaxtında müalicə olunmadan xroniki vəziyyətə keçməsi hesabına əmələ gəlir, ya da hər hansı bir özünəqapanma və sinir sarsıntısından sonra yaranır. Travmalar zamanı vaxtında və düzgün müalicə aparmadıqda ağrılar xroniki vəziyyətə keçərək xəstələrə pis təsir edir. Hətta belə ağrılar gələcəkdə əlilliyə də səbəb ola bilər. Xroniki ağrılar xəstəni narahat etməklə bərabər onun sinir sisteminə də kəskin təsir göstərir. Ona görə də xroniki ağrılar zamanı mütləq həkimə müraciət edilməlidir. Müasir fizioterapiya ayrı-ayrı müalicə üsulları və reabilitasiya vasitəsilə xroniki ağrıları aradan qaldırmaq imkanına malikdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Nurlana Əliyeva məlumat verib.

“Fizioterapiyaya hər yaşda müraciət olunur. Əgər kəskin və ciddi problem yoxdursa, 5 yaşadək uşaqlarda bütün növ ağrılar, şikayətlər zamanı gözləmə taktikasını seçmək olar. Beş yaşdan yuxarı xəstələrdə isə reabilitasiya bütün yaş kateqoriyasında aparıla bilər. Qəzalardan sonra həyati göstərişli zədələr olduqda yaşdan asılı olmayaraq fizioterapiya aparılır”, - deyə N.Əliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.