İDMAN


Triatlonçumuz beynəlxalq reytinq cədvəlində 2 pillə irəliləyib

Bakı, 29 iyun, AZƏRTAC

Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.