RƏSMİ SƏNƏDLƏR


Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Paula-Mae Uiksdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik və Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Paula-Mae Uiks

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin

Ali Baş Komandanı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin