Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Trinidad və Tobaqo Respublikasının Prezidentindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Paula-Mae Uiks

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Paula-Mae Uiks

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin