MƏDƏNİYYƏT


“TripAdvisor” dünyada 25 ən yaxşı turizm istiqamətini müəyyən edib

Bakı, 5 yanvar, AZƏRTAC

Səyyahlar üçün məşhur "TripAdvisor” internet resursu dünyada 25 ən yaxşı turizm istiqamətini müəyyən edib.

Saytda yerləşdirilən materialda deyilir: “Gizli incilərdən populyar yerlərə qədər – yeni ildə səyahətlərə "TripAdvisor” səyyahlarının ən yaxşı saydıqları bu istiqamətlərdən başlayın”.

AZƏRTAC xəbər verir ki, "TripAdvisor”un versiyasına görə, dünyanın ən yaxşı turizm istiqamətlərinin ilk onluğuna Paris (Fransa), London (Böyük Britaniya), Roma (İtaliya), Bali (İndoneziya), Krit (Yunanıstan), Barselona (İspaniya), Praqa (Çexiya), Mərrakeş (Mərakeş), İstanbul (Türkiyə), Nyu-York (ABŞ) daxildir.

Onların ardınca Phuket (Tailand), Hanoy (Vyetnam), Siyem Rip (Kamboca), Yamayka, habelə Playa-del-Karmen (Meksika), Lissabon (Portuqaliya), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Tokio (Yaponiya), Katmandu (Nepal), Honkonq (Çin), Hurqada (Misir), Yeni Dehli (Hindistan), Kusko (Peru), Rio-de-Janeyro (Braziliya), Sidney (Avstraliya) gəlir.

Qeyd edək ki, "TripAdvisor” ABŞ-ın səyahətlər saytıdır. Bu sayt istifadəçilərinə dünyanın hər hansı ölkəsinə səfər planlaşdırmaq imkanı verir. Saytın kontentinin böyük hissəsini təşkil edən istifadəçilər üçün onun xidmətləri pulsuzdur. Bundan əlavə, sayt reklam hesabına işləyir. "TripAdvisor” istifadəçi kontenti prinsipini tətbiq edən ilk saytlardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.