DÜNYA


Tripoli sahillərində qayıq qəzası nəticəsində 100-ə yaxın mühacir itkin düşüb

Bakı, 29 iyun, AZƏRTAC

Aralıq dənizində növbəti qayıq qəzası nəticəsində 100-ə yaxın mühacir itkin düşüb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “Repubblica” qəzetinin yaydığı məlumata görə, insident Tripolidən şərqdə qeydə alınıb. Liviyanın sahil mühafizə xidməti indiyədək yalnız 14 nəfəri xilas edə bilib.

Qəza zamanı qayığın göyərtəsində ümumilikdə 120-yə yaxın insanın olduğu bildirilir.

Afrika və Yaxın Şərq ölkələrində baş verən bir sıra silahlı münaqişə və iqtisadi problemlər səbəbindən Avropa II Dünya müharibəsindən bəri ən böyük miqrasiya böhranı ilə üzləşib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2018-ci ilin əvvəlindən iyunun 20-dək dəniz yolu ilə Avropaya 41 min mühacir gəlib. Bu yolla ölkəsini tərk etməyə cəhd göstərən 960 nəfər isə Aralıq dənizində həyatını itirib. 2017-ci ilin analoji dövrü ərzində Avropaya 85 minə qədər mühacir gəlmiş, 2133 nəfər dənizdə batmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.