İDMAN
Tristan Van Natta: Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir
Bakı, 7 noyabr, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir. ABŞ-da bu cür gözəl və rahat zalların daha çox olmasını istərdim.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu sözləri Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışında olan batut gimnastikası üzrə ABŞ millisinin üzvü Tristan Van Natta deyib.
Gimnast bildirib: “Belə bir zalda təlim-məşq toplanışını keçirmək çox xoşdur, burada bizim üçün lazım olan hər cür şərait yaradılıb. Təlim səmərəli keçir və ümid edirəm ki, noyabrda Sankt-Peterburqda keçiriləcək batut üzrə dünya çempionatında amerikalı gimnastlar yaxşı nəticə göstərəcəklər. Çempionat ərəfəsində çox həyəcanlıyam. Bunun üçün ilboyu hazırlaşmışıq və yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”.
Tristan Van Natta, həmçinin komanda üzvlərinin şəhərdə gəzintiyə çıxdıqlarını və onların Bakının gözəlliyinə heyran olduqlarını söyləyib.