ELM VƏ TƏHSİL


Tropik bitkilərin biomorfologiyası və becərilməsinin ekoloji əsasları haqqında monoqrafiya çap olunub

Bakı, 4 iyun, AZƏRTAC

Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini biologiya elmləri doktoru Şakir Qasımovun “Örtülü şəraitdə tropik bitkilərin (Bromeliaceae Juss.,Orchidaceae Juss.) biomorfologiyası və becərilməsinin ekoloji əsasları” monoqrafiyası çap olunub.

Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, yeni nəşr dünyanın müxtəlif bölgələrindən tropik bitkilərin Azərbaycanda örtülü şəraitdə (oranjeriya və istixana) becərilməsinin ekoloji əsaslarına, onların bioekoloji, biomorfoloji xüsusiyyətlərinin, inkişaf biologiyasının, klon mikroçoxaldılmasının öyrənilməsinə və daxili interyerlərin yaşıllaşdırılmasında istifadə üçün perspektivli növlərinin seçilməsinə həsr edilib.

Sözügedən monoqrafiya botanika, biomorfologiya, bioekologiya, bitki biotexnologiyası və fitodizayn ilə maraqlananlar üçün, eləcə də uyğun ixtisaslar üçün təhsil alan magistrlər, doktorantlar, elmi tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.