SİYASƏT
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
Bakı, 19 iyun, AZƏRTAC
Bakıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün gəlmişəm. Bu təşkilat üzv ölkələrin sülh və qarşılıqlı anlaşma məqsədilə əməkdaşlıq etməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikri iyunun 19-da Azərbaycana səfərə gələn Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva jurnalistlərə müsahibəsində deyib.
“Bakıya səfərim çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşümüz nəzərdə tutulur. Ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik. Əsas müzakirə mövzularından biri də Cənub Qaz Dəhlizi olacaq”, - deyə Bolqarıstan parlamentinin sədri bildirib.