SİYASƏT


Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir

Bakı, 21 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərib, lakin buna baxmayaraq Azərbaycanın sonrakı tarixində mühüm rola malik olub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə kişilərə və qadınlara bərabər seçki hüququ verib və bu kimi bir sıra mühüm mütərəqqi addımlar atıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva bildirib.

“Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir, müasir dövlət kimi inkişaf edir”, - deyən Tsveta Karayançeva qeyd edib ki, Bolqarıstan Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan və Bolqarıstan parlamentləri arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur.

Sədr bildirib ki, Azərbaycan və Bolqarıstan beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bolqarıstan Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqlara öz müsbət töhfəsini verir.

Azərbaycanın Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləyən Tsveta Karayançeva deyib: “Həmçinin qeyd etməliyəm ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur. Hesab edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Biz enerji, kənd təsərrüfatı, ticarət və digər sahələrdə əməkdaşlığımızı genişləndirə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.