DÜNYA


“Tu-134” təyyarəsi sonuncu uçuşunu həyata keçirib

Moskva, 22 may, AZƏRTAC

Sovet aviasiyasının əfsanəvi “Tu-134” təyyarəsi sonuncu uçuşunu həyata keçirib.

AZƏRTAC xəbər verir ki, “Tu-134” təyyarəsi Yakutiyadan Novosibirskə sonuncu uçuşunu həyata keçirib. Bundan sonra təyyarə Novosibirskin Tolmaçyov aeroportunun Aviasiya Muzeyinə təhvil veriləcək.

“Tu-134” təyyarələri SSRİ dövründə Xarkov aviasiya zavodunda istehsal olunurdu. İlk “Tu-134” sərnişin təyyarəsi 1963-cü ildə havaya qalxıb. İyirmi il ərzində 854 belə təyyarə istehsal olunub.

Hazırda bu tip təyyarələr istismardan çıxarılıb. 1980-ci ildən istismar olunmuş və sonuncu uçuşunu həyata keçirən bu “Tu-134” 1990-cı illərin sonlarında SSRİ Xalq artisti Alla Puqaçovanın şəxsi təyyarəsi olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.