REGİONLAR


Tüfəngdən açılan atəş bir nəfərin ağır yaralanmasına səbəb olub VİDEO

Göyçay, 9 may, AZƏRTAC

Göyçayda odlu silahdan açılan atəş nəticəsində ağır yaralanan olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında, Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib. Belə ki, Göyçay rayon sakinləri, 61 yaşlı İntiqam Xıdırov və 52 yaşlı Habil Babayev kafedə yeyib-içdikdən sonra obyektin həyətinə çıxıblar. Məlumata görə, sərxoş olan İntiqam Xıdırov özünəməxsus "Vinçestr" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O, tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə, İntiqam Xıdırovun ehtiyatsızlığından tüfəngdən atəş açılıb. Yaxın məsafədən açılan güllə Habil Babayevin ağız və çənə nahiyəsinə dəyib və o, ağır xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İntiqam Xıdırov saxlanılıb və odlu silah götürülüb. Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.