CƏMİYYƏT


Tükəzban Hüseynova : 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bizim üçün stimul oldu

Bakı, 10 yanvar, AZƏRTAC

Artıq 1 ildir ki, “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərirəm. İlk fəaliyyətimə xidmət sahəsində könüllü kimi başlamışam və bu, həyatımda dönüş nöqtəsi olub.

Bunu “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərən Tükəzban Hüseynova təəssüratlarını AZƏRTAC-la bölüşərkən deyib.

O bildirib: “Könüllü kimi fəaliyyət göstərdiyim müddətdə ilk olaraq “ASAN Könüllüləri” Təşkilatının UNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birlikdə həyata keçirdiyi uşaq hüquqlarının təşviqi layihəsində iştirak etdim. Sonra isə fəaliyyətimi layihə icraçısı kimi davam etdirdim. “ASAN Könüllüləri” Təşkilatı olaraq biz UNİSEF-lə birlikdə uşaq hüquqlarının təbliği, əhalinin maarifləndirilməsi ilə bağlı təlimlər və tədbirlər təşkil edirik. Bu ilin “Könüllülər ili” elan edilməsi bizim üçün stimul oldu. Çünki burada könüllü kimi fəaliyyət göstəririk və fəaliyyətimizə göstərilən diqqət bizi yeni layihələr üzərində işləməyə sövq edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.