CƏMİYYƏT


Tullantı sularının emal edilərək təkrar istifadəsi sahəsinə özəl sektor cəlb olunur

Bakı, 15 avqust, AZƏRTAC

Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, suya qənaət edilməsi, tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə olunması və bu sahəyə özəl sektorun cəlb edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a məlumat verən nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib ki, yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə sudan təkrar istifadə istiqamətində praktiki işlərin sürətləndirilməsi və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmlərin yaradılması barədə müzakirələr aparılıb: "Bu sahədə ixtisaslaşmış şirkətlərlə tullantı sularının təmizlənməsi və texniki məqsədlərlə istifadə olunması imkanlarına baxılması, su istifadəçiləri ilə su istehsalçıları arasında inteqrasiyanın yaradılması məqsədilə operativ tədbirlərin görülməsi qərara alınıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.