CƏMİYYƏT


Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalandırılıb

Bakı, 14 avqust, AZƏRTAC 

Füzuli rayonunun Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, keçirilən baxış zamanı həmin ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.