CƏMİYYƏT


Tullantıların təkrar emalı müəssisələrinə dövlət dəstəyi göstərilməsi mexanizmi hazırlanır

Bakı, 10 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Tullantıların idarə olunmasında təkrar emal müəssisələrinin rolu” mövzusunda geniştərkibli görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ETSN-in, “Təmiz Şəhər” ASC-nin, Balaxanı Sənaye Parkının, təkrar emal müəssisələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən görüşün məqsədi tullantıların düzgün idarə olunmasında təkrar emal müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkliflərinin, planlarının, problemlərinin öyrənilməsi və onlara dəstək mexanizmlərinin müzakirəsi olub.

Görüşdə təkrar emal müəssisələrinin qarşılaşdığı problemlər, mövcud vəziyyətdən çıxış yolları, xammal ehtiyaclarının ödənilməsində yerli idarəetmə orqanları tərəfindən onlara veriləcək dəstək, yeni təşviq mexanizmlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Görüşün sonunda təkrar emal müəssisələrinin istehsal gücünün və potensialının artırılması üçün dövlət dəstəyi mexanizmlərinin hazırlanıb hökumətə təqdim edilməsi qərara alınıb.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.