DÜNYA


Tunis sahillərində 70-ə yaxın mühacir batıb

Bakı, 10 may, AZƏRTAC

Aralıq dənizinin Tunis sahillərində qanunsuz mühacirləri daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 70 nəfər həlak olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, gəmi Tunisin Sfaks liman şəhərinin sahillərindən 40 mil məsafədə beynəlxalq sularda batıb. Balıqçılar gəmidəkilərdən 16 nəfərini xilas edə biliblər.

Ölənlərin sayının artacağı istisna edilmir. Hazırda qəzanın baş verdiyi rayonda axtarış işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri