DÜNYA


Tunisdə 7 terrorçu ömürlük həbs cəzasına məhkum edilib

Bakı, 9 fevral, AZƏRTAC

Tunisdə məhkəmə 2015-ci ildə muzeyə və çimərliyə silahlı hücum nəticəsində 60 nəfəri öldürən 7 terrorçunu ömürlük həbs cəzasına məhkum edib. Ölənlərin əksəriyyəti əcnəbi turistlər olub.

AZƏRTAC “Aljazeera” telekanalına istinadla xəbər verir ki, terror aktı törədilməsi ittihamı irəli sürülmüş onlarla müttəhimin iki məhkəmə prosesində onlardan bir neçəsi barəsində bəraət hökmü çıxarılıb. Dörd terrorçu britaniyalı turistlərin çoxluq təşkil etdiyi Sous çimərliyində 38 nəfərin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Həmin cinayətdə ittiham edilən daha 4 müttəhimə isə müxtəlif müddətlərdə həbs cəzası verilib. Qalan 17 şəxs isə bəraət alıb.

Paytaxt Tunisdəki Bardo Milli Muzeyinə silahlı hücum edən daha 3 nəfər də ömürlük həbs cəzasına məhkum edilib. Bu terror aktında 21 əcnəbi turist və Tunis təhlükəsizlik xidmətinin əsgəri öldürülmüşdü. Terrorçularla əlaqədə olduqları sübuta yetirilən daha 10 nəfər 16 ildən yuxarı həbs cəzasına məhkum ediliblər.

Tunis prokurorluğu bəraət alanlarla bağlı apellyasiya məhkəməsinə müraciət edəcək.

Terror aktları qurbanlarının Fransa, Belçika və Böyük Britaniyadakı qohumları məhkəmə prosesini canlı yayımda izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.