DÜNYA


Tunisdə COVID-19 pandemiyası fonunda iğtişaşlar artır

Qahirə, 23 yanvar, AZƏRTAC 

Əhalisinin sayına görə Şimali Afrika və ərəb dünyasının ən kiçik ölkəsi olan Tunisdə COVID-19 infeksiyası qonşu ölkələrə nisbətən daha çox yayılır. AZƏRTAC xəbər verir ki, rəsmi TAP informasiya agentliyi son sutka ərzində ölkədə yeni növ koronavirusa yoluxanların sayının 2265 nəfərə çatdığını, 100 pasiyentin isə həyatını dəyişdiyini bildirib. Pandemiya və getdikcə ağırlaşaraq humanitar fəlakətə yaxınlaşan sosial-iqtisadi vəziyyət fonunda Tunisin şəhərlərində etiraz dalğası da yüksəlir. Bu həftənin əvvəlində hökumətin bir neçə üzvü istefaya göndərilsə də, bu addım iğtişaşların qarşısını ala bilməyib. Son məlumatlara görə, polislə toqquşmalardan sonra müxtəlif şəhərlərdə 500-dən çox etirazçı həbs edilib. Digər tərəfdən, İsveçrə banklarının “ərəb baharı”ndan sonra sabiq dövlət başçısı Zeynalabdin bin Əlinin dondurduğu hesablarındakı pulların da ölkəyə qaytarılmayacağı bəyan edilib.

İğtişaşlar və pandemiya səbəbindən Tunisin Baş naziri Hişem Meçicinin sərəncamı ilə yanvarın 25-dən fevralın 14-dək fövqəladə vəziyyət və komendant saatı elan edilib. Bu müddətdə ölkədə şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq, kütləvi tədbirlərin və əhalinin bir yerə toplaşmasının qarşısı alınacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.