ELM VƏ TƏHSİL
Tunisdə ISESCO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransı keçirilir
Bakı, 27 oktyabr, AZƏRTAC
Tunis Respublikasının paytaxtı Tunisdə ISESCO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransı keçirilir. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO Baş konfransının sədri qismində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri, ISESCO Baş konfransının sədri Əbülfəs Qarayev və Tunisin təhsil naziri təhsilin və mədəniyyətin islam ölkələri arasında əməkdaşlığa və həmrəyliyə töhfələri barədə çıxış ediblər.
Əbülfəs Qarayev Azərbaycan ilə ISESCO arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, bu əməkdaşlığın əsas istiqamətlərində biri olan təhsilin perspektivləri və İslam dünyasındakı rolundan bəhs edib.
Səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-nun rəhbərləri və üzv ölkələrin nazirləri ilə rəsmi görüşlərin keçirilməsi də nəzər tutulur.
Konfrans iki gün davam edəcək.