DÜNYA


Tunisdə bütün beynəlxalq aviareyslər dayandırılıb

Qahirə, 16 iyun, AZƏRTAC

Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu ölkənin aeroport işçilərinin həmkarlar ittifaqı hökumətin maaşların “dondurulması” addımına cavab olaraq ümumi tətil elan ediblər.

Ağır iqtisadi, o cümlədən maliyyə böhranı ilə üzləşən Tunis hökuməti Beynəlxalq Valyuta Fondundan aldığı dörd milyard dollar həcmində kreditin şərtlərini yerinə yetirmək üçün bir çox sahələrdə çalışanların, o cümlədən aeroport işçilərinin maaşlarını “dondurub”. Buna cavab olaraq, ölkənin xidmət və təmizlik sahələrində də tətillər başlayıb. “Al Arabia” telekanalının məlumatına görə, Tunisin 159 dövlət idarəsi, həmçinin ictimai sektorda çalışan 2 milyona yaxın insan ümumi tətilə qoşulub. Ölkənin paytaxtında və regionlarda ictimai nəqliyyatın fəaliyyəti də iflic olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.