DÜNYA


Tunisdə pandemiya ilə əlaqədar karantin qaydaları sərtləşdirilir

Qahirə, 29 aprel, AZƏRTAC

Tunis hökuməti COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydalarının sərtləşdirilməsi bərədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, xaricdən ölkəyə gələnlər üçün 7 günlük məcburi sanitar karantin müddəti müəyyən edilib. Bundan başqa, axşam saat 7-dən səhər 6-dək küçəyə çıxma qadağası, habelə mayın 3-dən 16-dək məktəblərdə dərslərin dayandırılması barədə qərar qəbul olunub.

Tunisin Səhiyyə Nazirliyi bəyan edib ki, restoran və kafelərin də fəaliyyəti dayandırılır. Ramazan ayında əhalinin məscidlərdə toplaşması da COVID-19-a yoluxma hallarını artırıb. Nazirliyin məlumatına görə, son sutkada ölkədə yeni növ koronavirusa 1971 nəfər yoluxub, 191 pasiyent isə vəfat edib. Son iki həftədə yoluxanların sayı 28 586-ya çatıb. Əhalisinin sayı cəmi 11 milyon olan ölkə üçün gündəlik ölüm hallarının bu qədər çox olması səhiyyə sistemindəki problemlərlə izah edilir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.