DÜNYA


Tunisdə pandemiya ilə əlaqədar vəziyyət ağırlaşıb

Qahirə, 10 iyul, AZƏRTAC

Əhalisinin sayı təqribən 12 milyon olan Tunisdə son sutkada COVID-19-dan 10 mindən çox yeni yoluxma, 134 ölüm faktı qeydə alınıb. Qonşu ölkələr – Misir və Səudiyyə Ərəbistanı səhiyyə sistemi pandemiyanın öhdəsindən gələ bilməyən Tunisə təcili yardımlar təklif ediblər.

AZƏRTAC xəbər verir ki, Tunis Səhiyyə Nazirliyinin sözçüsü Nisaf Ben Alaya pandemiya ilə əlaqədar fəlakətli vəziyyətin yarandığını bəyan edib. O bildirib ki, ölkənin səhiyyə sistemi çöküb və COVID-19-a yoluxanlar üçün xəstəxanalarda yer tapmaq mümkün deyil.

Tunis Prezidenti Kais Said Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bəyanatını minnətdarlıqla qarşılayıb. Ər-Riyad bəyan edib ki, ağır vəziyyətdə olan Tunisə təcili şəkildə vaksin və tibbi ləvazimatla dolu təyyarələr göndəriləcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.