DÜNYA


Tunisdə partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Tunis paytaxtının mərkəzində törədilən partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Shems Fm radiostansiyasının yaydığı məlumata görə, yaralananların arasında 15 polis əməkdaşı və 2 uşaq var.

Xatırladaq ki, oktyabrın 29-da qadın terrorçu-kamikadze partlayıcı qurğunu Tunis şəhərinin izdihamlı Həbib Burgib küçəsindəki polis postunun yaxınlığında işə salıb. Hüquq-mühafizə orqanları terrorçunun şəxsiyyətini müəyyənləşdirib. Onun 30 yaşlı Tunis vətəndaşı olduğu bildirilir.

Bu, son üç ildə Tunis paytaxtında törədilən ilk terror hücumudur. 2015-ci ildə silsilə terror aktlarından sonra Tunisin hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və nəticədə ölkəyə xarici turist axını artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.