Tunisdə qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi yarışda mübarizəyə yekun vurulub
AzerTAg.az
Bakı, 8 may, AZƏRTAC
Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi yarışda mübarizəsinə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas mərhələdə çıxış edən qadın sablyaçılarımızdan Sevil Bünyatova ABŞ idmançısı Maqda Skarbonkieviczə 15:12 hesabı ilə qalib gələrək 32-liyə yüksəlib. Bu mərhələdə yunan Teodora Gkountoura ilə qarşılaşan Sevil rəqibinə 12:15 hesabı ilə uduzub.
Təsnifatdan əsas mərhələyə yüksələn Polina Kaspiaroviç alman Julika Funkeyə 13:15 hesabı ilə məğlub olub.
Turnirin reytinq favoritlərindən sayılan Anna Başta əsas mərhələdə keçirdiyi ilk görüşdə fransalı Sirielle Girardinə 12:15 hesabı ilə uduzub.


Xəbərin mətnində orfoqrafik səhv var