Tunisin xarici işlər naziri COVID-19-a yoluxub
AzerTAg.az
Qahirə, 25 yanvar, AZƏRTAC
Tunisin xarici işlər naziri Osman Cerandi yeni növ koronavirusa yoluxub. Bu barədə nazir özü jurnalistlərə məlumat verib. O, hazırda ev şəraitində müalicə olunduğunu bildirib. Nazir əlavə edib ki, pandemiyanın geniş yayıldığı Tunisdə COVID-19-a qarşı peyvəndləmə aparılması həyati əhəmiyyətə malikdir.
AZƏRTAC Tunisin rəsmi TAP informasiya agentliyinə istinadla xəbər verir ki, son sutka ərzində bu ölkədə yeni növ koronavirusa 2 mindən çox insan yoluxub, 80 pasiyent isə həyatını itirib. COVID-19-dan ölənlərin ümumi sayı 6234 nəfərə çatıb. Tunis Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə yanvarın 25-dən fevralın 14-dək sərt karantin rejimi və komendant saatı elan edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var