DÜNYA


Tunisin paytaxtında törədilən iki partlayış nəticəsində doqquz nəfər yaralanıb VİDEO

Bakı, 27 iyun, AZƏRTAC 

Bu gün Tunisin paytaxtında terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində doqquz nəfər, o cümlədən üç mülki şəxs yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. İlkin məlumata əsasən, birinci terror aktı Şarl de-Qoll küçəsində - Fransa səfirliyindən yüz metrlik məsafədə törədilib. Burada qadın terrorçu özünü partladıb. Hücumun hədəfi polisin patrul avtomobili olub. İkinci partlayış isə Milli Antiterror İdarəsinin parklama yerində baş verib.

Hazırda hər iki hadisə yeri güc strukturları tərəfindən əhatəyə alınıb, Prezident sarayına aparan küçə bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.