İQTİSADİYYAT


Tunisli nazir: Azərbaycanın keyfiyyətli xam neftinə ehtiyac var

Tunisli nazir: Azərbaycanın keyfiyyətli xam neftinə ehtiyac var

Bakı, 17 yanvar, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Tunisin sənaye, mədən və energetika naziri Neila Nouira Gongi ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında xam neftin tədarükü və bərpaolunan enerji ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. SOCAR və STİR (Tunis Dövlət Neft Şirkəti) şirkətləri arasında Azərbaycan və müxtəlif mənşəli xam neft, neft məhsullarının təchizatı üzrə on ildən çox əməkdaşlıq edildiyi qeyd olunub.

Tunisli nazir ölkəsində neft emalı məqsədilə Azərbaycanın keyfiyyətli xam neftinə ehtiyac olduğunu və neft tədarükü istiqamətdə hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığı davam etdirmək niyyətini ifadə edib.

Görüşdə hər iki ölkənin enerji təchizatının şaxələndirilməsi və bərpaolunan enerjinin inkişafına hədəflənən enerji kursundan bəhs edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, neft və təbii qazın etibarlı ixracatçısı olan Azərbaycan “təmiz enerjinin” də tədarükçüsünə çevrilməyi planlaşdırır. “Bu məqsədlə 23 qiqavatlıq “yaşıl” enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edilir. Biz özümüzün və tərəfdaşlarımızın enerji təhlükəsizliyində diversifikasiyaya üstünlük verən siyasətimizi davam etdiririk”, - deyə nazir əlavə edib.

Neila Nouira Gongi isə bərpaolunan enerji və enerji məsələlərinin tənzimləməsində Azərbaycanla təcrübə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.