REGİONLAR
Tur-aksiyalar Azərbaycan tarixi və coğrafiyası barədə əyani dərslərdir
Mən indiyədək Quba və Qusarda yay aylarında olmuşdum. Amma indi görürəm ki, bu rayonlar payızda da yaydakı qədər gözəldir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi isə məni valeh etdi. Qış aylarında istirahət üçün bundan yaxşı yer tanımıram.
Bu fikirlər Binəqədi rayonundakı 3 nömrəli məktəbin IX sinif şagirdi Kamran Əliyevə məxsusdur. “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyanın iştirakçılarından biri olan məktəbli AZƏRTAC-a müsahibəsində bildirib ki, bu ekskursiya bölgələrin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz imkan, Azərbaycan tarixi və coğrafiyası barədə əyani dərsdir. “Tur-aksiya dörd gün davam etsə də, xoş təəssüratları uzun müddət yaddaşımızda qalacaq. Burda çəkdirdiyimiz fotoşəkillər ömürlük xatirədir. Biz məktəblilərə bu şəraiti yaratdığına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq. Bütün yaşıdlarıma bu tur-aksiyalarda iştirak etməyi arzulayıram” - deyə Kamran Əliyev vurğulayıb .