REGİONLAR


Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir

Ağcabədi, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Ağcabədi rayonundan olan məktəblilər də qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilərlə keçirilən görüşdə çıxış edənlər gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində eksponatlarla və bu yaxınlarda dövlətimizin başçısının iştirakı ilə açılan Qarabağ Atçılıq Kompleksində yaradılan şəraitlə tanış olublar.

Ağcabədi şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, səfərlərinin maraqlı və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir.

Şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Aydan Cəfərova tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Quba, Qusar, Xaçmaz rayonlarına ilk dəfədir gedirəm. Bilirəm ki, həmin bölgənin çox gözəl təbiəti var. Payız fəslində bu gözəllikləri görmək daha maraqlı olacaq. Bunun üçün çox sevinirəm”.

Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.