MƏDƏNİYYƏT


Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, irəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda, nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək.

Assosiasiyanın İdarə Heyətinin toplantısında quruma daha 18 yeni üzv qəbul edilib və onların sayı 50-yə yüksəlib.

Bununla yanaşı iclasda Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi Assosiasiyaya assosiativ tərəfdaş kimi qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.