ELM VƏ TƏHSİL
Tural Mirzəliyev: İnanıram ki, tədbirimiz məktəblilərin Nəsimi yaradıcılığına marağının artmasına töhfə verəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində keçirilən tədbirlər mütəfəkkir şairin yaradıcılığının məktəblilər arasında təbliğində mühüm rol oynayır.
Bu fikirləri noyabrın 7-də Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə AZƏRTAC-a müsahibəsində məktəbin direktoru Tural Mirzəliyev deyib.
O bildirib ki, tədbirin təşkilində rəhbəri olduğu məktəbin şagirdləri yaxından iştirak ediblər.
“Sevindirici haldır ki, ədiblərimizin təbliği istiqamətində aparılan işlər şagirdlər tərəfindən maraqla qarşılanır. İnanıram ki, Prezidentimizin Sərəncamı çərçivəsində keçirdiyimiz bu tədbir uşaqların mənəvi dünyasının zənginləşməsinə, onlarda Nəsimi yaradıcılığına olan marağın artmasına öz töhfəsini verəcək”, - deyə Tural Mirzəliyev qeyd edib.