İDMAN


Tural Piriyev: Topaz Premyer Liqasında çıxış edən klubların hesabatlarını təqdim etməsi təqdirəlayiqdir

Bakı, 15 may, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasında çıxış edən klubların hesabatlarını təqdim etməsi təqdirəlayiq haldır. Oyunda azarkeşlərin az olması və yayım hüquqlarının olmaması sponsorların cəlb edilməsində çətinlik yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 15-də Bakıda təşkil olunan “Futbol və biznes” sammitində AFFA-nın nümayəndəsi Tural Piriyev deyib.

O qeyd edib ki, bu istiqamətdə müəyyən irəliləyişlər də əldə olunub. Bəzi klublarımız bazarda kifayət qədər çəkisi olan iri şirkətlərlə sponsorluq müqaviləsi imzalayıb. Düzdür, belə müqavilələrin sayı az olsa da, var. Ümid edirəm ki, belə sponsorluq müqavilələri daha çox olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.