REGİONLAR
Tural Şıxəliyev: Gənclər Birinci vitse-prezident Mehriban Əliyevanın bu nəcib təşəbbüsünü yüksək qiymətləndirirlər
Sabirabad, 6 dekabr, Mahir Babayev, AZƏRTAC
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkək təşəbbüsü olduqca nəcib təşəbbüsdür. Gənclərimiz bu təşəbbüsü yüksək qiymətləndirir və təqdir edirlər. Axı, bu, flora və faunamızı daha da zənginləşdirməyə, son nəticədə Azərbaycanımızı gözəlləşdirməyə xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Sabirabadda keçirilən ağacəkmə aksiyasında iştirak edən şəhər sakini, fəal gənc Tural Şıxəliyev deyib.
O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsü insan və təbiəti tərənnüm edən dahi Azərbaycan şairi Nəsimiyə və onun yaradıcılığına verilən böyük dəyərdir.