İQTİSADİYYAT


TuranBank ASC-nin nizamnamə kapitalının 50 milyon manata çatdırılması nəzərdə tutulmuşdur

Bakı, 15 may (AZƏRTAC). TuranBank ASC-nin Səhmdarlarının ümumi yığıncağının qərarı ilə bankın nizamnamə kapitalının mərhələli şəkildə, 2014-cü il yanvarın 1-dək 50 milyon manata çatdırılması nəzərdə tutulmuşdur.

ASC-dən AZƏRTAC-a bildirilmişdir ki, bir səhmin dəyəri 1082 manat olmaqla, 9243 ədəd, ümumi məbləği 10 milyon 926 manat adi, sənədsiz adlı səhm emissiya olunması barədə qərar qəbul olunmuşdur.

Bununla bağlı emissiya prospekti tərtib edilmiş və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyatdan sonra bankın nizamnamə kapitalı hər birinin dəyəri 1082 manat olmaqla, 36 min 970 ədəd adi, sənədsiz adlı səhmlərdən ibarət olan, ümumilikdə 40 milyon 1540 manat təşkil etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.