İQTİSADİYYAT
“TuranBank”ın aktivləri 16,2 faiz artıb
Bakı, 23 noyabr, AZƏRTAC
Oktyabrın 31-nə “TuranBank”ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artaraq 530,1 milyon manat təşkil edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “TuranBank”ın kredit portfeli ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 275 milyon manat, müştəri hesabları və depozit portfeli 14,6 faiz artaraq 210,6 milyon manat olub. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 17,2 faiz artaraq 103 milyon manat, nizamnamə kapitalı 10 faiz artaraq 55 milyon manat təşkil edib.
Cari ilin on ayı ərzində bankın gəlirləri 31,7 milyon manat, xərcləri isə 32,6 milyon manat olub. Oktyabr ayı üzrə bank 202,2 min manat mənfəət əldə edib ki, bu da bu ilin yanvar-sentyabr ayları üzrə yaranmış 1,1 milyon manat məbləğində zərərin 18,3 faiz azalaraq 903,5 min manata enməsi ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]