İDMAN
Turan Əliyev Avropa birinciliyində 3 medal qazanıb
Bakı, 12 avqust, AZƏRTAC
Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırmada 120 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib.
Turan Əliyev toplam 219 kiloqram (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.
Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]
“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub
- 22.04.2024 [23:01]
Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib
- 22.04.2024 [20:43]
“Murov Az Terminal”ın baş məşqçisi: Rəqib hücumda və müdafiədə yaxşı oynadı
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]