İDMAN


Turan Bayramov: Doğma meydanda qızıl medal qazanmağımdan çox məmnunam

Bakı, 24 iyul, AZƏRTAC 

Yarışa ciddi hazırlaşmışdım, inanırdım ki, qələbə qazanacağam. Doğma meydanda qızıl medal qazanmağımdan çox məmnunam. Final görüşüm bir az çətin keçdi. Digər idmançılarla görüşdə qələbə qazanmaqda elə də çətinlik çəkmədim.

AZƏRTAC xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan cüdoçumuz Turan Bayramov deyib.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyən idmançımız növbəti hədəfini də açıqlayıb. Bildirib ki, hədəfi bundan sonra daha səylə çalışaraq dünya, Olimpiya çempionu olmaqdır.

Qeyd edək ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.