İDMAN


“Turan Tovuz” və “Sumqayıt”ın futbolçuları Monroviyada üz-üzə gəliblər

“Turan Tovuz” və “Sumqayıt”ın futbolçuları Monroviyada üz-üzə gəliblər

Bakı, 29 mart, AZƏRTAC

Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsinin oyunları keçirilir. “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika Respublikası (CAR) millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellli Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, komandalar dörd gün əvvəl Yohannesburqda qalibi müəyyənləşdirə bilməmişdilər – 2:2. Monroviyadakı qarşılaşmada isə CAR yığması 2:1 hesablı qələbəyə sevinib.

Azərbaycanda çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıbsa, Terrens fasilədə əvəzlənib.

Cənubi Afrika yığması hazırda yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.