İDMAN


“Turan Tovuz”un legioneri komandanı tərk edə bilər

“Turan Tovuz”un legioneri komandanı tərk edə bilər

Bakı, 1 mart, AZƏRTAC

Bu mövsüm “Turan Tovuz”un heyətində yaxşı oyun nümayiş etdirən Runi Eva digər klublarımızdan təklif alıb. Ancaq Tovuz təmsilçisi əsas futbolçusunu buraxmaq istəmir.

AZƏRTAC xəbər verir ki, klubdan ona yeni müqavilə təklif olunub. “Turan Tovuz”un maliyyə imkanları məhdud olduğundan R.Evanın maaşını o qədər də qaldırmaq mümkün olmayacaq. İndi hər şey digər klubların təklif etdiyi maliyyə şərtlərindən və Runi Evanın verəcəyi qərardan asılıdır. Kamerunlu futbolçunun müqaviləsi yayda başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.