İQTİSADİYYAT


Turist məmnunluğunun təmin edilməsi Dövlət Turizm Agentliyinin prioritetidir

Bakı, 20 avqust, AZƏRTAC

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhəri ərazisində yerləşən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna baxış keçirib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, buradakı cari vəziyyətlə tanış olan Fuad Nağıyev açıq səma altında muzey-şəhər hesab olunan Şəkinin turizm üçün tarixi-mədəni əhəmiyyəti və gələcək inkişaf perspektivləri haqqında müzakirələr aparıb. Qoruğun ərazisində yerləşən, dünya memarlıq irsinin unikal nümunələrdən hesab edilən Şəki Xan Sarayının turistlər üçün ən cəlbedici məkanlardan biri olduğunu bildirib.

Şəki Xan Sarayından başqa qoruq ərazisində qədim qalalar, karvansaralar, hamamlar, məscidlər, müxtəlif sənət növlərinə aid dükanların olması da nəzərə alınaraq buranın həm yerli, həm də xarici turistlər üçün daha da maraqlı və cəlbedici turizm məkanına çevrilməsinin vacibliyi vurğulanıb.

Digər dövlət əhəmiyyətli qoruqlarda olduğu kimi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda da cari vəziyyət və mövcud potensial nəzərə alınmaqla yaxın zaman ərzində yeni idarəetmə üsullarının tətbiq edilməsi, turist məmnunluğunun təmin edilməsi, çatışmazlıqların aradan qaldırılması, qoruğun tarixiliyinin və unikal görünüşünün qorunub saxlanılması ilə yeni infrastruktur layihələrin həyata keçirilməsi qərarlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.