REGİONLAR


Turistlərə Quba və Qusarın dağ kəndləri boyunca 6 piyada marşrutu üzrə səyahət təklif olunur

Quba, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Aktiv turizm fəaliyyəti ilə məşğul olanlar üçün Quba və Qusar rayonlarının dağ kəndləri boyunca 6 piyada marşrutu üzrə səyahət təklif edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, piyada səyahət etməyi sevənlər Quba rayonu ərazisində Xınalıq – Qalaxudat (8,2 km), Qalaxudat – Qrız (9,3 km) və Qrız – Qrızdəhnə (8,5 km) istiqamətlərindəki marşrutlardan birini seçə bilərlər. Qusar rayonu ərazisində isə ekoturizm həvəskarlarına Şahdağ Turizm Mərkəzi – Laza (4,7 km), Laza – Kuzun (6,5 km) və Kuzun – Yergi Kek (8 km) marşrutları təklif olunur.

Turistlərin rahat səyahət etməsi üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Quba və Qusar rayonlarında dağ turizm marşrutları işarələnib. Marşrut boyunca quraşdırılmış nişanlar marşrutun xəritəsi, həmin cığırların izlənilməsi, marşrutun çətinlik dərəcəsi, ümumi məsafə və başqa məlumatları özündə əks etdirir.

Piyada marşrutları ilə yerli bələdçilərin müşayiəti altında səyahət etmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.