İQTİSADİYYAT


Turistlərin ziyarət etdiyi dünyanın altı ölkəsindən biri

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu gün Meksika 40 milyona yaxın turistin ziyarət etdiyi dünyanın altı ölkəsi sırasında yer alır. Turizm yalnız Meksika mədəniyyəti, mətbəxi, təbiəti və tarixinin təşviq olunmasına deyil, həmçinin milli iqtisadiyyata əhəmiyyətli töhfə verir.

Meksika ilə Azərbaycan arasında turistik əlaqələr 2015-2017-ci illərdə dörd dəfə artıb. Bu istiqamətdə hər iki ölkənin səfirliklərinin səmərəli fəaliyyəti xüsusi qeyd edilməlidir. Belə ki, ölkəmizdəki Meksika səfirliyinin konsulluq şöbəsinin açılması ilə azərbaycanlılar Amerika kontinentinin bu əsrarəngiz ölkəsinə səyahət və onu kəşf etmək üçün viza müraciətini həyata keçirmək imkanı əldə ediblər.

Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, turizm bu ölkənin ÜDM-də 9 faizlik paya sahibdir. Bundan əlavə, turizm ölkədə yeni iş yerlərinin yaranmasına təkan verir. Meksikanı ziyarətçilər üçün cəlb edən səbəblərdən biri də ölkədəki əsrarəngiz “Sehrli kəndlər”dir. Bu bənzərsiz kəndlər hər bir ziyarətçini özünün zəngin adət-ənənələri, mətbəxi, həyat tərzi və digər xüsusiyyətləri ilə cəlb edir. Ölkənin turistik uğurunda Meksika mətbəxinin rolunu qeyd etmək vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.