ELM VƏ TƏHSİL


Turizm Universiteti Türkiyənin İstanbul Aydın Universiteti ilə əlaqələri genişləndirir

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin İstanbul Aydın Universiteti arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Azərbaycan Turizm və Menecment Universitetində olub. ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov qonağa universitetin yaranma tarixi, beynəlxalq əlaqələri, burada həyata keçirilən layihələr barədə məlumat verib, universitetin inkişaf strategiyasından, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə Məktəbinin fəaliyyətindən danışıb.

M.Aydın 13 yaşlı universitetdə 326 tələbənin, o cümlədən 20 müəllim və əməkdaşın Azərbaycandan olduğunu deyib. Rəhbərlik etdiyi universitetdə qida mühəndisliyi ixtisası üzrə tədrisin müasir texnoloji avadanlıqla təchiz olunan laboratoriyada keçirildiyini diqqətə çatdıran M.Aydın qastronomiya üzrə bakalavr proqramı, onun təcrübə sahəsi haqqında da məlumat verib. Qonaq ATMU ilə təhsil-təcrübənin həmin ixtisaslar üzrə aparılmasında, eyni zamanda, ikili diplom, tələbə-müəllim mübadiləsi sahəsində həm Bakıda, həm də İstanbulda qarşılıqlı görüşlərin keçirilməsində, ATMU-nun tələbələri üçün Türkiyədə staj proqramlarının təşkilində maraqlı olduğunu vurğulayıb.

Sonda iki ali məktəb arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.