MƏDƏNİYYƏT


Turizm könüllüləri “Şahdağ” və “Tufandağ”a dəstək göstərdilər

Bakı, 15 fevral, AZƏRTAC

"Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri fevralın 12-dən 14-dək “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, turizm könüllüləri proses müddətində qonaqların COVID-19 pandemiyası dövründə sanitariya və gigiyena qaydalarına riayət etməsinə təşviqi və onların xidmətlərlə bağlı məlumatlandırılmasını həyata keçiriblər.

Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilib.

Qeyd edək ki, qış mövsümünün sonunadək "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyi tərəfindən bu addımın davamlı icrası planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.