REGİONLAR


Turizm müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin rəhbər və işçi heyəti üçün təlimlərə start verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə keçirilən təlimlərin məqsədi böyük turizm potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin əməkdaşlarının yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır.

İlkin olaraq Quba rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin işçi heyəti üçün keçirilən təlimlər Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan digər rayonların turizm müəssisələri üçün də təşkil olunacaq. İki həftə davam edəcək təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq on nəfərlik qruplar şəklində turizm müəssisələrində keçiriləcək. Nəzəri və praktik hissələrdən ibarət təlimlərdə Xaçmaz KOBİM-in peşəkar ekspertləri tərəfindən turizm müəssisələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, müştərilərlə peşəkar ünsiyyət, marketinq və satış, qonaqpərvərlik, “MSDS” təlimatı və təmizlik heyəti üçün qaydalar, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena, menyunun təqdimatı, mehmanxana xidmətinin təşkilində qida və içki satışına nəzarət və sair mövzular tədris olunacaq. Kiçik qruplar şəklində olmaqla, ümumilikdə təlimlərə 60-dan çox iştirakçının qatılması nəzərdə tutulur.

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.