MƏDƏNİYYƏT
Turizm naviqasiya sistemi sosial şəbəkələrə inteqrasiya olunur
Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycan turizminin coğrafi (naviqasiya) informasiya sistemi sosial şəbəkələrə inteqrasiya edilməkdədir. Sistem “guide-map.az” portalında yerləşir. Onun yaradılması üzərində işlər “Sinam” şirkəti tərəfindən aparılmışdır. Layihənin sifarişçisi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir.
“Sinam” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, sosial şəbəkələrə inteqrasiya respublikanın elektron xəritəsinə əlavələri, xüsusilə turizm obyektlərinin, muzeylərin, tibb müəssisələri və digər infrastrukturun koordinatları və yerləşməsi haqqında məlumatı operativ şəkildə daxil etməyə imkan verəcəkdir. Bu, Azərbaycanda ilk belə layihədir. Sosial şəbəkə iştirakçıları bu və ya digər görməli yerlərə daxil olaraq, onların yerləşdiyi yeri elektron xəritədə qeyd edə, link göndərə bilərlər. Bu, obyekt sahiblərinin qeydiyyat imkanlarını da asanlaşdıracaqdır.
Layihənin əsas məqsədi informasiya sisteminin verəcəyi bütün imkanlardan gündəlik istifadənin təmin olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]